×

Səyahət sığortasını onlayn əldə edin

Növbəti səyahət macəranız üçün sürətli, asan və geniş əhatəli təminat.

Sığorta haqqını hesabla
Sığortalı məlumatları
Səyahət edən məlumatları
Onlayn ödəniş
Sığorta şəhadətnaməsi

Sığorta haqqını hesablamaq üçün aşağıdakı xanaları doldurun.
Onlayn səyahət sığortası əldə etmək üçün Şəxsiyyət vəsiqəsiXarici pasport lazım olacaq.

Sığorta haqqını hesablamaq üçün səyahət edənlər sayını və doğum tarixlərini təqdim etməlisiniz.

Əlavə təminatlar

Səyahət sığortasına əlavə təminat əlavə edə bilərsiniz.

COVID təminatı “Tam” seçildikdə sığorta məbləğinin tam həcmində, “Limitli” seçildikdə isə 1500 USD/EUR həcmində təminat verilir.
QEYD: Sığorta şəhadətnaməsi səyahət müddətinin başlanmasından öncə Sığortalının/sığorta olunanın Azərbaycan Respublikasının ərazisində olduğu zaman əldə olunmalıdır və sığorta hadisəsi zamanı bu halı sübut etmək Sığortalının/sığorta olunanın məsuliyyətidir. Əks təqdirdə sığorta ödənişi həyata keçirilməyəcəkdir.
Qaydalar Yaddaş vərəqəsi

Səyahət və Səfər Sığortasını Onlayn Əldə Edin – Rahat və Etibarlı Həll

Səyahət və işgüzar səfərlər zamanı gözlənilməz hadisələrə qarşı hazır olmaq üçün səyahət sığortası vacibdir. Səfər zamanı tibbi yardım ehtiyacınız, baqajınızın itirilməsi və ya uçuş gecikmələri kimi hallar sığorta təminatı ilə əhatə olunacaq. Səyahət sığortasını onlayn əldə etmək imkanı ilə səfərinizi rahat və təhlükəsiz planlaşdıra bilərsiniz.

Visa üçün səyahət sığortası – Sənədlərinizi rahat tamamlayın

Xaricə səfər etməyi planlaşdırırsınızsa, viza üçün səyahət sığortası tələb oluna bilər. Sığorta təminatlarımız Şengen, BƏƏ, ABŞ, Kanada və digər ölkələrin viza tələblərini tam qarşılayır. Rəsmi tələblərə cavab verən səyahət sığortası ilə sənədlərinizi rahatlıqla tamamlayaraq səfərinizə qayğısız başlaya bilərsiniz.

Onlayn ödəniş və şəhadətnamənin dərhal əldə edilməsi

Artıq vaxt itirmədən onlayn qaydada ödəniş etməklə səyahət sığortasını əldə edə bilərsiniz! Sığorta haqqı ödənildikdən sonra şəhadətnamə dərhal e-poçt ünvanınıza göndərilir. Beləliklə, növbə gözləmədən cəmi bir neçə dəqiqəyə rəsmi sığorta şəhadətnamənizi əldə edirsiniz.

Səyahət sığortası üzrə xidmətlər

  • Tibbi xərclər – səfər zamanı qəfil xəstəlik və ya qəza nəticəsində tibbi yardımla bağlı xərclərin qarşılanması.
  • Tibbi daşınma xərcləri – zəruri hallarda ən yaxın tibbi mərkəzə və ya xəstəxanaya təxliyə.
  • Repatriasiya xərcləri – ciddi xəstəlik və ya qəza nəticəsində sığortalının vəfatı halında vətənə gətirilmə xərclərinin qarşılanması.
  • Tibbi məlumat – səfər zamanı tələb olunan tibbi məsləhətlərin verilməsi və zəruri hallarda həkim yönləndirilməsi.
  • Uçuş gecikməsi təminatı – aviaşirkətin səhvi ucbatından uçuşunuz 6 saatdan artıq gecikərsə, müəyyən məbləğdə kompensasiya ödənilməsi.

Geniş əhatə dairəsi – Dünyanın istənilən yerinə təhlükəsiz səyahət

Sığorta təminatımız Türkiyə, MDB ölkələri, BƏƏ, Gürcüstan, Şengen ərazisi və digər bütün dünya ölkələrini əhatə edir. Həmçinin, Covid-19 təminatı da mövcuddur ki, bu da səfər zamanı sağlamlığınızı qorumaq üçün əlavə güvən yaradır.

Əlavə təminatlarla daha çox qorunma imkanı

  • Yüksək riskli işlər – avtomobil sürücüləri, elektriklər, mədənçilər və digər təhlükəli peşə sahibləri üçün təminat.
  • Dağlıq ərazilərdə xizək turları – ekstremal idman növləri ilə məşğul olanlar üçün əlavə qoruma.
  • Baqaj itkisi və ya zədələnməsi – səyahət zamanı baqajınızın təhlükəsizliyini təmin etmək üçün xüsusi sığorta.

Rahat və Etibarlı Səfər Təcrübəsi

Səyahətinizin hər anını təhlükəsizliklə yaşamaq üçün səyahət sığortası vacibdir. Səfərinizi rahat və problemsiz etmək üçün onlayn ödəmə ilə sığortanızı alın və şəhadətnaməni dərhal əldə edin!